Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazandı

media-hightechnic-468x90

Parakarate üzrə Azərbaycan millisinin 4 üzvü Xorvatiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Baş məşqçi Rənad Əliyevin yetirmələrindən Emiliya Mitlinova, Vidadi Xalıqov, Eldar Əhmədov və Nihat Məmmədzadə qitə miqyaslı yarışın qızıl medalları uğrunda mübarizə aparacaqlar. Daha bir parakarateçimiz Ariana Mitlinova isə 3-cu yer uğrunda görüşə çıxacaq.

Fərid Savadov və Hüseyn Məmmədli də bürünc mükafatlar uğrunda döyüşəcəklər.
Qeyd edək ki, komandamız Avropa çempionatına AKF-in vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600