Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azərbaycanın 8 şəhərinin Baş planı təsdiqləndi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən respublikanın şəhərlərinin Baş planlarının və müfəssəl planlaşdırma layihələrinin işlənilməsi prosesi davam edir.

Yenicag.az-ın məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında Komitə sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, 2019-cu ildə Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı, Tovuz, Quba və Biləsuvar şəhərlərinin baş planları Nazirlər Kabineti tərəfindən təsdiq edilib:

“Hazırda Komitənin sifarişi əsasında Bakı ilə yanaşı hazırlanmasına 2018-ci və 2019-cu illərdə start verilmiş daha 10 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad, Kürdəmir, Goranboy, Gədəbəy, Astara və Gəncə) baş planlarının hazırlanması işi müxtəlif mərhələlərdə davam etdirilir.

Eyni zamanda, aidiyyəti yerli icra hakimiyyəti orqanlarının sifarişləri əsasında hazırlanan daha 10 şəhərin (Şəki, Qax, Ağsu, Yevlax, Sumqayıt, Ağstafa, Xırdalan, Şamaxı, Mingəçevir, Salyan) ərazilərini əhatə edən müfəssəl plan layihələri hesabat dövründə Komitədə təhlil edilib, bir hissəsi ilə bağlı rəylər bildirilib”.

www.yenicag.az

395
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM