Azərbaycanın artan regional çəkisi: "Mərkəzi Asiya ölkələrinə investisiya imkanlarımız artacaq"

media-hightechnic-468x90

“Azərbaycanın artan regional çəkisi Mərkəzi Asiya üçün də ciddi üstünlükdür, çünki Bakı həm dayanıqlı tərəfdaş, həm də regionlararası bağlayıcı aktordur”.

Bunu Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul olunmasının ölkəmizə qazandıracağı perspektivlərdən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.media-turalismayilov1

Politoloq bildirib ki, bu hadisə, ilk növbədə, regionda Azərbaycanın nüfuzunun rəsmən tanınmasıdır:

“Həmin platforma bizi kənardan müşahidə edən yox, prosesləri yönləndirən dövlət səviyyəsinə qaldırır. Orta Dəhlizin genişləndirilməsi, yeni logistika və enerji xəttlərinin planlaşdırılması kimi məsələlərdə Bakının sözü artıq sadəcə “tərəf mövqeyi” yox, “qərar mövqeyi” sayılacaq.

Mərkəzi Asiya ilə iqtisadi əməkdaşlıq daha çevik və daha sistemli formaya keçir, çünki qərarlar kollektiv şəkildə, Azərbaycanın iştirakı ilə formalaşacaq. Bu həm ticarət əlaqələrimizi, həm də investisiya imkanlarımızı artıracaq. Regionla təhlükəsizlik koordinasiyasında iştirakımız sərhəd, informasiya və enerji təhlükəsizliyi baxımından daha güclü mexanizmlər yaradır. Azərbaycan burada həm də türkdilli dövlətlərin ümumi siyasi xəttinin sabitləşdirilməsinə töhfə verir”.

Onun sözlərinə görə, Məşvərət Görüşü Azərbaycan üçün Mərkəzi Asiya bazarlarına daha rahat çıxış, həmin ölkələr üçün isə Bakı vasitəsilə Qərbə inteqrasiyada yeni imkanlar açır:

“Bu üzvlük bizi həm iqtisadi, həm siyasi, həm də ideoloji məkanda mərkəzi oyunçu kimi möhkəmləndirir. Azərbaycanın artan regional çəkisi Mərkəzi Asiya üçün də ciddi üstünlükdür, çünki Bakı həm dayanıqlı tərəfdaşdır, həm də regionlararası bağlayıcı aktordur. Yeni mərhələ həm Azərbaycanın, həm də Mərkəzi Asiyanın qarşılıqlı güclənməsi üzərində qurulan praqmatik əməkdaşlıq modelinə çevrilir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa