AŞPA Azərbaycan nümayəndə heyətinin yeni üzvlərini təsdiqləyib

media-hightechnic-468x90

Azərbaycan Milli Məclisinin (MM) Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin boşalan 2 yerinə təklif olunan namizədlərin adları təsdiqlənib.

Yenicag.az-ın məlumata görə, AŞPA nümayəndə heyətinin tərkibinə namizədliyi irəli sürülən deputatlar Naqif Həmzəyevin və Çingiz Qənizadənin namizədliyini qəbul edib.

Onların AŞPA-nın iyunun sonunda keçiriləcək yay sessiyasında iştirakı gözlənilir.

Qeyd edək ki, MM-in AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rövşən rzayev və Vüsal Hüseynov müvafiq olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri və Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər./APA/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600