!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın birlik günü: “27 sentyabr Zəfərə gedən yolumuzun başlanğıcıdır”

!Reklam – Yazi

“Biz bu məsələni gələcək nəsillərə saxlaya bilməzdik. Çünki xalqımızın üzərindən məğlub, qaçqın-köçkün və əraziləri işğal olunmuş ölkə adları götürülməli idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 27 sentyabr – Anım Günü ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, 27 sentyabr Zəfərə gedən yolumuzun başlanğıcıdır.

“Prezident İlham Əliyevin rəhbərliyi altında bu yola çıxmaq üçün böyük hazırılıq işləri görüldü. Əslində, dövlət başçımız hər zaman deyirdi ki, biz müharibə istəmirik. Amma xalqımız torpaqlarımızın əbədi olaraq erməni işğalı altında qalmağı ilə heç vaxt razılaşmayacağını bildirir və danışıqlar yolu ilə bu baş verməzsə, hərb yolu ilə torpaqlarımızı azad edəcəyimizi açıq şəkildə bəyan edirdi. Çox təəssüf ki, nə beynəlxalq ictimaiyyət, nə də düşmənlərimiz dediklərimizi ciddi qəbul etmədi və güc yolu ilə tarixi missiyamızı icra etməyə məcbur olduq.

Biz bu məsələni gələcək nəsillərə saxlaya bilməzdik. Çünki xalqımızın üzərindən məğlub, qaçqın-köçkün və əraziləri işğal olunmuş ölkə adları götürülməli idi. Əslində Lələtəpə və Tovuz döyüşlərində Azərbaycan Ordusunun gücünü Ermənistan görmüşdü. Çox təəssüf ki, nəticə çıxartmadılar və ölkəmizə qarşı hədə ilə dolu bəyanatlar səsləndirərək, təxribatlara əl atılmasını adi hala çevrmişdilər. Vəziyyət dözülməz idi. Amma xalqımızda milli həmrəylik, vətənpərvərlik ruhu, ordumuzun təchizatı və döyüş qabiliyyəti çox yüksəlmişdi. Ordumuz qarşısına qoyulan hər bir hərbi tapşırığı yüksək səviyyədə icra etmək gücündə idi”, – deyə o vurğulayıb.

A.Badamov qeyd edib ki, 27 sentyabr 2020-ci ildə Ali Baş Komandanın çağırışına bütün Azərbaycan xalqı səs verdi:.

“Gənclərimiz könüllü olaraq hərbi komissarlıqlara axışdı və əlinə silah götürərək müharibəyə getməyə hazır olduğunu bildirdi. Ölkəmizdəki bütün xalqların nümayəndələri, siyasi partiyalar, QHT-lər həmrəylik və birlik nümayiş etdirərək Ali Baş Komandanın ətrafında birləşdiyini bəyan etdilər. Yəni, ölkədə güclü Dəmir Yumruq formalaşmışdı. Təbii ki, belə bir güclü xalq qələbəyə layiq idi. 27 sentyabrda başlanan 44 günlük Vətən müharibəsinin hər bir günü qəhrəmanlıq səlnaməsi idi”, – deyə o bildirib.

Deputat əlavə edib ki, Azərbaycan əsgəri 44 gündə qəhrəmanlıq dastanı yazdı.

“Müzəffər ordumuz Ermənistanın 30 ildə qurduğu 5-10 müdafiə sədlərini dayanmadan aşaraq, hər gün irəlləyirdi. 8 noyabrda isə Şuşanı qəhrəmancasına azad etdik və düşmənin belini qırdırdıq. Məhz ondan sonra Paşinyan Rusya prezidenti Putinə müharibənin dayandırılması üçün Azərbaycandan xahiş edilməsini yalvardı.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat Ermənistanın kapituilyasiyası sənədi idi. Ermənistan ağ bayraq qaldıraraq Azərbaycanın tələb etdiyi bütün şərtlərini qəbul etdiyini bildirdi. Laçın, Kəlbəcər və Ağdam rayonları bir güllə atılmadan boşaldılaraq bizə qaytardılar. Amma təəssüf ki, erməni xisləti ondan sonra da davam etdi. Ona görə də 20 sentyabr 2023-cü ildə antiterror tədbirləri keçirməyinə məcbur olduq. Qəhrəman ordumuz 24 saatdan az bir müddətdə düşmənin Qarabağda qeyri-qanuni saxladığı 15 mindən çox silahlısını tərksilah etdi.

Beləliklə, 27 sentyabrda başladığımız qəhrəmanlıq yolumuzu 20 sentyabr 2023-cü ildə ərazilərimizin tam suverənliyini bərpa etməklə son 200 illik tariximizin ən şərəfli səhifəsini yazmış olduq. Müharibəni şəhidlər aparır. 27 sentyabrda başlayan hərbi əməliyyatlar nəticəsində 3 minə yaxın şəhid veridk. Xalqımız bundan sonra hər il 27 sentyabrda şəhidlərimizin məzarlarını, abidələrini ziyarət edərək öz ehtiramını ifadə edəcəklər. Azərbaycanın yaşadıqca şəhidlərimizin xatirəsi də yaddaşlarımızda yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərə öz sağlamlıqlarına qayıtmasını arzulayırıq. Şəhidlərimizin xatirəsi həmişə bizə əziz olacaqdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv