!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın bu ərazilərində istiliyin verilməsinə başlanıldı

!Reklam – Yazi

Bu gündən respublikanın dağlıq və dağətəyi əraziləri hesab edilən Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə istiliyin verilməsinə başlanılıb.

Bu barədə Yenicag.az-a Azəristiliktəchizat” ASC-dən bildirilib.

Bu ərazilərdə ümumilikdə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.

Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi isə 15 noyabr tarixindən işə qoşulacaq.

“Azəristiliktəchizat” ASC xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr – 1 may, digər ərazilərdə isə 15 noyabr – 15 aprel tarixinə kimi nəzərdə tutulur.

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv