Azərbaycanın daha iki boksçusu Mərakeşdəki turnirdə qələbə qazandı

media-hightechnic-468x90

Azərbaycanın daha iki boksçusu Qızıl kəmər seriyasının Mərakeşdə keçirilən ilk turnirində mərhələ adlayıb.

Yenicag.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Tayfur Əliyev 1/8 final mərhələsində Kərim Abdulla (Mali) ilə üz-üzə gəlib.

5:0 (30:25, 29:27, 29:27, 29:27, 29:27) ilə qalib gələn idmançı 1/4 finalda rusiyalı Vsevolod Şumkovla döyüşəcək.

Onun uğurunu qardaşı Sərxan Əliyev də təkrarlayıb. 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının bürünc medalçısı ilk qarşılaşmasında Sarohatua Lumbantobinqlə (İndoneziya) münasibətinə aydınlıq gətirib. Rəqibini 4:1 (30:27, 29:28, 30:27, 28:29, 30:26) hesabı ilə məğlub edən Əliyev mərhələ adlayıb. Boksçu 1/4 finalda Alimami Kristian Tomasla (Sierra Leone) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarışın üçüncü günündə Murad Allahverdiyev (80 kq) İmam Xatayevlə (Rusiya), Mirşərif Kazımzadə (75 kq) David Mvenekabve (Konqo Demokratik Respublikası) ilə döyüşəcək. Daha əvvəl Nəbi İsgəndərov (67 kq) qələbə qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600