!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Ermənistan üzərində ƏZİCİ ÜSTÜNLÜYÜ: “Beynəlxalq güclər bunu nəzərə almalıdırlar”

!Reklam – Yazi

“İlk növbədə onu nəzərə almalıyıq ki, erməni məsələsi çox dərindir və yalnız Qarabağ münaqişəsi ilə məhdudlaşmır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın bütün komponentlərdə işğalçı Ermənistandan üstün olmasının yaratdığı gerçəkliyi şərh edən politoloq Zaur Məmmədov deyib.

Zaur Məmmədovun sözlərinə görə, Ermənistanı himayə edən beynəlxalq güclər Azərbaycanın bu üstünlüyünü nəzərə almalı və münaqişənin həllinə öz töhfələrini verməlidirlər:

“Azərbaycan mövcud şəraitdə hərbi-iqtisadi-diplomatik baxımdan, Ermənistanı xeyli geridə qoysa da, Qarabağ münaqişəsinin ədalətli həlli üçün bu üstünlüyümüzü hələ ki maddiləşdirə bilməmişik. Digər tərəfdən, bu məsələdə tarixi həqiqət də birmənalı olaraq, Azərbaycanın tərəfindədir və beynəlxalq ictimaiyyət bizim haqlı mövqeyimizə getdikcə daha çox dəstək verməkdədir.

Yuxarıda qeyd olunan üstünlüklərimizdən yararlanmamağımızın bir sıra səbəbləri var. İlk növbədə onu nəzərə almalıyıq ki, erməni məsələsi çox dərindir və yalnız Qarabağ münaqişəsi ilə məhdudlaşmır.

Çox təəssüf ki, dünyanın söz sahibi olan böyük dövlətləri “erməni amili”ndən yararlanmaqla, öz maraqlarını təmin etməyə çalışırlar. Bu səbəbdən, həmin dövlətlər Azərbaycan ərazilərinin işğal vəziyyətinə son qoyulmasına xüsusi maraq göstərmirlər.

Ancaq bütün hallarda zaman irəliləyir və beynəlxalq siyasətdə fərqli proseslər üçün zəmin yaranır. Belə bir şəraitdə Ermənistan münaqişənin aradan qalxmasına mane olmadığını göstərmək istəyirsə, mərhələli həll variantına razılıq verməlidir”.

Gülşən Şərif

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv