Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət etdi

media-hightechnic-468x90

Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciət səfirliyin “X” səhifəsində yayımlanıb.

“İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik”, – müraciətdə deyilir.

Qeyd edək ki, İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub. Həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600