“Azərbaycanın sizi kimi dostlara çox ehtiyacı var”

media-hightechnic-468x90

a832f55fdf13c0b8b348ad9f1ef3e0dcQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün şəxsi iqamətgahında Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini, IİSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasseri qəbul edib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, Şeyxülislam bildirib ki, Bakıda səfərdə olan bu şəxslər Azərbaycanın ən yaxın dostlarındandır: “Azərbaycanda bir sıra dünya səviyyəli tədbirlər keçirilir, qarşıdan I Avropa Oyunları gəlir. Dünya bilməlidirlər ki, Azərbaycanda dini konfessiyalara şərait yaradılıb. Yəhudi, xristian və digərləri müsəlmanlar kimi çox rahat şəkildə ibadətlərini yerinə yetirə bilirlər. Burda hamı qardaş kimidir. Bu gün Azərbaycanın dostlara, xüsusilə sizi kimi dostlara çox ehtiyacı var”.

İyad bin Amin Mədəni isə deyib ki, Azərbaycanla əməkdaşlıq onlar üçün maraqlıdır: “Biz çox şadıq ki, Azərbaycanda dinlərarası tolerantlıq yüksək səviyyədədir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600