Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycanın taleyini istisnasız olaraq, öz Ordumuz müəyyənləşdirməlidir” - Fərəc Quliyev

“Ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan bu savaş Azərbaycanın son 30 ildə əldə etdiyi ən ciddi uğurdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli razılaşmaya münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

Fərəc Quliyevin sözlərinə görə, bu anlaşma ilə əlaqədar bir sıra suallar hələ də açıq qalıb:

“Hesab edirəm ki, proses davam etməlidir. Ermənilərin bu məsələdə tam kapitulyasiyaya uğradılmasının tərəfdarıyam. Düşünürdüm ki, ümumiyyətlə, bu məsələni birmənalı şəkildə bitirmək lazımdır.

Düzdür, anlaşmaya görə, Ermənistan tərəfi könüllü şəkildə qalan rayonlarımızın bir hissəsindən çıxacaq. Amma digər ərazilərdən erməni ordusunun çıxarılması haqqında müddəa yoxdur. Məsələn, Xankəndindən nə vaxt çıxarılacaq? Ağdərədən çıxarılacaq, ya yox? Həmçinin də Xocavənddən. Bunlar yoxdur.

Üstəlik də Rusiyanın burada sülhməramlı kimi iştirakı qaneedici faktor olmadı. Bu, Azərbaycanın tam daxili işidir və ölkə daxilində terrorizmə qarşı mübarizə aparılırdı. Azərbaycanın taleyini istisnasız olaraq, öz Ordumuz müəyyənləşdirməlidir.

Çox suallar var. Rusiyanın burada iştirakı bizə problem yaradacaq. Bilmirəm, anlaşma hansı şərtlər daxilində əldə olunub, ancaq hesab edirəm ki, Şuşanın azad edilməsinə qədər olan proses ideal səviyyədə gedirdi. Mən arzulayardım ki, proses bu şəkildə bitsin. Hər halda, zamana buraxaq, görək, yaxın günlərdə nə olacaq”.

Aqil Bəkir

Loading...

www.yenicag.az

743
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100