Azərbaycanın U-17 millisinin heyəti müəyyənləşdi
Oktyabrın 23-dən 26-dək AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təlim-məşq toplanışı keçəcək 17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının heyəti müəyyənləşib.
Yenicag.az xəbər verir ki, U-17 oktyabrın 27-dən noyabrın 2-dək Lüksemburqda Avropa çempionatının I seçmə mərhələsində iştirak edəcək.
Milliyə dəvət edilən futbolçuların adları və seçmə mərhələdəki oyunların təqvimi aşağıdakı kimidir:
| S. | Ad | Klub |
| 1 | Firuzə Bayramova | Zaqatala |
| 2 | Nərgiz Ağaliyeva | Şəfa |
| 3 | Aygün Novruzova | Sabah |
| 4 | Arzu Cəfərova | Şəfa |
| 5 | Bədriyyə Mövludova | Şəfa |
| 6 | Ayşən Salamzadə | Neftçi |
| 7 | Səma Əsədova | Neftçi |
| 8 | Aysu Əsədova | Sabah |
| 9 | Aylin Kərimova | Sabah |
| 10 | Elizaveta Vaysman | Şəfa |
| 11 | Arzu Ağaliyeva | Şəfa |
| 12 | Ayan Abdiyeva | Şəfa |
| 13 | Məhsumə Vahabzadə | Sabah |
| 14 | Mehri Məmmədzadə | Sabah |
| 15 | Zeynəb Əsgərzadə | Şəfa |
| 16 | Filiz Nəsrullayeva | Sabah |
| 17 | Naidə Məmmədova | Zaqatala |
| 18 | Adelina Ağayeva | Sabah |
| 19 | Günay Sultanlı | Sabah |
| 20 | Fatimə Kərimli | Sabah |
Qeyd edək ki, Ayşən Salamzadə əsas millinin oktyabrın 25-də Portuqaliya yığmasına qarşı keçirəcəyi Avropa çempionatının pley-off mərhələsinin ilk oyunundan sonra U-17-nin düşərgəsinə qoşulacaq.
30 oktyabr
21:00. Serbiya – Azərbaycan
Bettemburq. “Municipal” stadionu
2 noyabr
19:00. Azərbaycan – Lüksemburq
Bettemburq. “Municipal” stadionu












