İngiltərənin baş məşqçisi istefaya göndəriləcək?
İngiltərə Futbol Assosiasiyası (FA) milli komandanın baş məşqçisi Tomas Tuxellə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Yenicag.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, ötən gecə dünya çempionatının yarımfinalında Argentinaya 1:2 hesablı məğlubiyyətə baxmayaraq, almaniyalı mütəxəssislə yollar ayrılmayacaq.
Qeyd edək ki, Tomas Tuxel İngiltərə millisinin baş məşqçisi kimi indiyədək 21 rəsmi oyunda komandaya rəhbərlik edib. Bu görüşlərdə yığma 16 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə yadda qalıb.













