Azərbaycanın U-21 millisi bu gün Belarusla qarşılaşacaq
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünə çıxacaq.
Yenicag.az xəbər verir ki, U-21 səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Baranoviçi şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro seçməsinə qarşı keçirəcək.