Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik oldu

media-hightechnic-468x90

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

media-banner_tuq

AFFA-dan Yenicag.az-a bildirilib ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib.

Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05