Azərbaycanın zərbə helikopterləri uçuşlar həyata keçirir

media-hightechnic-468x90

955d830c07fee6acf63f6659f5a91e40Xeyli sayda yerli sakin hərbi hissənin qarşısına toplaşaraq, döyüşə getmək üçün müraciət edib

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) zərbə helikopterləri cəbhənin Füzuli rayonu istiqamətində uçuşlar həyata keçirir.

Helikopterlər bu gün səhər saatlarından uçuşlara başlayıb. Döyüş helikopterləri qoşunların təmas xətti üzərində uçur.

Yerli sakinlərin verdikləri məlumata görə, bu gün səhər saatlarından xeyli sayda sakin rayondakı hərbi hissənin qarşısına toplaşaraq könüllü şəkildə silahlanıb, ön xəttə döyüşə getmək istədiyini ifadə edib. Hərbi hissə önünə toplaşanlar arasında 1992-1994-cü illərdə Füzulinin özünümüdafiə taborlarında döyüşənlər, keçmiş zabitlərlə yanaşı, gənclər, hərbi xidməti bir neçə il əvvəl başa vurmuş şəxslər də var.

Hərbi hissə komandanlığı və rayonun müvafiq qurumlarının nümayəndələri vətəndaşlarla görüşərək, onların təkliflərini dinləyib, ehtiyac yaranarsa, onların köməyindən istifadə olunacağını bildiriblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600