“Azərbaycanla Ermənistan arasında hərtərəfli münasibətlər qurulacaq” - DEPUTAT

media-hightechnic-468x90

“Zaman keçdikcə Azərbaycanla Ermənistan arasında hərtərəfli münasibətlər qurulacaq”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

media-1746442019_badamov33-1

Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasında 30 ildən çox çəkən münaqişə demək olar ki, tarixin arxivinə qovuşub:

“20 sentyabr 2023-cü ildən başlayaraq sərhədlərimizdə silahlar işləmir. Bu özü-özlüyündə sülhün gəlməsi deməkdir. O cümlədən 8 avqustda Vaşinqtonda imzalanmış razılaşmalardan sonra ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müraciət göndərilib və ləğvi mümkün olub.

Ermənistan konstitusiyasından ölkəmizə qarşı iddiaların çıxarılmasından sonra iki ölkə arasında yekun sülh müqaviləsi imzalanaraq diplomatik əlaqələr formalaşacaq. Qonşu ölkələr olaraq davamlı sülh içində yaşamağa davam edəcəyik”.

O, ermənilərlə birgə yaşayışın hansı şərtlər çərçivəsində mümkün olacağından danışıb:

“Təbii ki, sənəd üzərində münasibətlərin qurulmasından sonra xalqların inteqrasiyası üçün müəyyən zamana ehtiyac olacaqdır. Qonşu ölkələrin xalqları olaraq yenidən normal münasibətlərin yaradılmasının alternativi yoxdur. Çünki, qonşu olmaq taleyimizə yazılıb.

Bu baxımdan zaman keçdikcə azərbaycanlıların Ermənistana və ermənilərin Azərbaycana səfərləri olacaqdır. Zaman keçdikcə Azərbaycanla Ermənistan arasında hərtərəfli münasibətlər qurulacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa