Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında YENİ DÖNƏM: "İqtisadi əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradılıb"

media-hightechnic-468x90

“Özbəkistanla münasibətlər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının ən uğurlu modelidir”.

Bu fikirləri Özbəkistanda keçirlən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü barədə danışan deputat Naqif Həmzə Yenicag.az-a açıqlamasında səsləndirib.media-whatsapp-gorsel-2025-08-21-saat-15-32-45_a7102925

Deputat Azərbaycanın bu nüfuzlu platformanın tamhüquqlu iştirakçısı statusunu əldə etdiyini xatırladıb:

“Bu qərar təsadüfi deyil. Azərbaycanın Mərkəzi Asiya Sammitlərində üçüncü iştirakı olsa da, hər görüş münasibətlərin dərinləşməsinə, qarşılıqlı etimadın güclənməsinə xidmət edib. İlk dəfə 2023-cü ildə Düşənbədə, ikinci dəfə 2024-cü ildə Astanada qonaq statusunda iştirak edən Azərbaycan indi formatın tam hüquqlu üzvü kimi Daşkənddən qayıtdı”.

Deputat bildirib ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qtisadi əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradılıb:

“Cənab prezidentin sammitdəki möhtəşəm çıxışı haqqında bir neçə məqama xüsusi toxunmaq olar. Prezidentin də bildirdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Son üç ilin statistikası münasibətlərin hansı dinamika ilə inkişaf etdiyini aydın göstərir. Yüksək səviyyəli qarşılıqlı səfərlər məhz bu yaxınlığın siyasi ifadəsidir. Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 14 dəfə səfər edib. Mərkəzi Asiya liderlərinin isə Azərbaycana 23 səfəri baş tutub. Cəmi yüksək səviyyəli 37 görüş olub. Bu da ildə orta hesabla 12 səfər deməkdir.

Bu intensivlik sadəcə protokol xarakteri daşımır. Hər səfər onlarla strateji sənədin imzalanması, milyonlarla dollarlıq layihələrin start alması və mövcud əməkdaşlığın genişlənməsi ilə nəticələnir. Son üç ildə təxminən 200 ikitərəfli sənəd imzalanıb ki, bu da iqtisadi əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb”.

“Özbəkistanla münasibətlər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının ən uğurlu modelidir. Son bir il yarım ərzində iki ölkə prezidentləri arasında beş qarşılıqlı səfər baş tutub ki, bu da münasibətlərin yüksək dinamikasını əyani şəkildə nümayiş etdirir”, – deputat sözlərini yekunlaşdırıb.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa