!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla ŞKTR arasında əməkdaşlıq məsələləri müzakirə olundu

!Reklam – Yazi

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev və parlamentin bir qrup deputatı mayın 30-da Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazim Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenicag.az xəbər verir ki, Bəxtiyar Əliyev ölkələrimizin qanunverici orqanlarında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılmasının əhəmiyyətindən söz açıb, parlamentarilərimizin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin əlaqələrimizin daha da genişlənməsinə xidmət etdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitqində bizim Türk dünyasından başqa ailəmizin olmadığı ilə bağlı dediyi fikirlərinə diqqəti yönəldən komitə sədri türk dövlətləri arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən parlamentlər səviyyəsində inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Nazim Çavuşoğlu qardaş Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən qürur və sevinc duyduqlarını bildirib, Vətən müharibəsində şəhid olanlara rəhmət, qazilərə cansağlığı diləyib. Azərbaycan və Şimali Kipr xalqlarının taleyinin oxşar olduğunu deyən qonaq vurğulayıb ki, müəyyən şərtlər altında uzun illər bir-birimizdən ayrı qalsaq da artıq buna son qoyulub və bundan sonra Türkiyə, Azərbaycan və Şimali Kipr olaraq bütün sahələrdə əlaqələrimizi inkişaf etdirməliyik.

Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılmasının əhəmiyyətini qeyd edib, cari ayda Milli Məclisin nümayəndə heyətinin Şimali Kiprə səfərindən və burada keçirilən görüşlərdən danışıb, qarşılıqlı əlaqələrin gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Quliyev, parlamentin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov türk dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsində parlament diplomatiyasının əhəmiyyətindən danışıblar, bu əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Söhbətdə ölkələrimiz arasında siyasi, mədəni, humanitar, xüsusən elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

COP29

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv