Azərbaycanlı aktrisa doğuş zamanı öldü

media-hightechnic-468x90

ssssssssYevlax rayonunun Xaldan kənd xəstəxanasında doğuş zamanı ana və körpəsi ölüb.

Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova 3-cü övladını dünyaya gətirmək üçün həmin xəstəxanaya gətirilib. Xəstə qəbul edilərkən, vəziyyəti orta ağır olub.

Dünyaya gələn oğlan uşağı ölü olub. Bundan sonra ananın vəziyyəti pisləşib.

Həkimlərin səyinə baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb.

Yevlax rayon prokurorluğundan verilən məlumata görə, fakt üzrə araşdırma aparılır (trend).

Qeyd edək ki, Pərvanə Qurbanova Mingəçevir Dövlət Dram Teatrının aktrisası idi.

Aktrisa mayın 1-də Mingəçevir şəhərində dəfn edilib. Allah rəhmət eləsin!

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600