Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Azərbaycanlı alimin Xocalı soyqırımı haqqında 6 dildə kitabı çap edildi

Xocalı soyqırımına həsr edilən 6 dildə (azərbaycan, rus, alman, fransız, ingilis və ərəb dillərində ) kitab nəşr edilib.

Yenicag.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Xocalı” adlı kitabı Türkiyənin “Lambert Academic Publishing” şirkəti tərəfindən çap olunaraq artıq satışa çıxarılıb.

Kitabla bağlı Zaur Əliyev bunları deyib:

“Məlumdur ki, keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Azərbaycanın müasir tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın şüuruna dərin iz salaraq, onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinməyəcəkdir. Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan dəhşətli hadisələrdəndir. Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirdilər. Məhz adı çəkilən kitab bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələləri özündə əks etdirir. Kitabda beynəlxalq hüquq müstəvisində Xocalı soyqırımına verilmiş hüquqi-siyasi qiymət təhlil edilmişdir”.

Qeyd edək ki, kitab 11 gündən sonra dünyanın bütün onlayn kitab satış saytlarında olacaq.

www.yenicag.az

8690