Azərbaycanlı aparıcı Afrikaya səfir göndərilir

media-hightechnic-468x90

Əslən azərbaycanlı olan rusiyalı teleaparıcı İradə Zeynalova Rusiyanın Mavrikiydəki səfiri ola bilər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “Brief” yazıb.

Nəşr bildirib ki, Zeynalova 2024-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirəcək.

Teleaparıcı NTV-də “Həftənin nəticələri” verilişinin müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun informasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir.

Bundan əvvəl o, Birinci Kanalda “Vremya” verilişinin bazar buraxılışının aparıcısı və Birinci Kanalın Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri olub.

2021-ci ildə o, “təbliğat fəaliyyətinə” görə Ukraynanın sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, paytaxtı Port Luiz olan Mavriki Afrikada yerləşən ada dövlətidir. Madaqaskar adasından 700 km şərqdə yerləşir./axar.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05