Azərbaycanlı boksçu Moskvada rəqibini belə darmadağın etdi-FOTO

media-hightechnic-468x90

11650767_460143990820889_1993000704_nAzərbaycanın tanınmış boksçusu Ramal Amanov Moskvada təşkil olunmuş boks gecəsində dünya səviyyəli kəmərə sahib olub.

Yenicag.az 7News.Az-a  istinadən xəbər verir ki, promoter Vladimir Xryunov tərəfindən təşkil olunmuş boks şousunda ilk olaraq Rusiya boks aləminə verdiyi töhfələrə görə boksçular, daha sonra isə jurnalistlər və tanınmış şəxslər mükafatlandırılıb.  Daha sonra müxtəlif çəkilərdə və Rusiya çempionu adı uğrunda idmançılar güclərini sınayıblar. Gecənin əsas görüşü isə “WBA Fedelatin” kəməri uğurunda azərbaycanlı Ramal Amanov və panamalı Uilyam Qonzales döyüşə başlayıb. 10 raund davam edən qarşılaşmada azərbaycanlı boksçunun üstünlüyü açıq aşkar hiss olunub. Həmyerlimizin zərbələrinə tab gətirməsinə baxmayaraq, panamalı boskçu hakimlərin rəyinə görə məğlubiyyətdən qaça bilməyib. Ramal bu əsas görüşdə kəmərə sahib olub.

Maraqlı anlardan biri də Ramalın qələbəsi zamanı Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili tərəfindən, təşkilatçısı Vladimir Xuryunova Azərbaycan bayrağı döş nişanını təqdim etməsi olub. Bu jest izləyicilər tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki,boksçumuz peşəkər görüşdə 8-ci döyüşünü keçirib və hamısında qələbə qazanıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600