!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı fahişələrdən şok açıqlamalar – “Fahişə kimi yanına getdiyim oğlanla evləndik”

!Reklam – Yazi

60046Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1968-ci il təvəllüdlü Leyli Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Təqsirləndirilən şəxs Leyli Məmmədova qadınları maddi imkansızlıqları ilə əlaqədar zəiflik vəziyyətlərindən sui-istifadə edərək Rusiyaya aparıb orada fahişəliyə cəlb edib.

Belə ki, Məmmədova Leyli Arif qızı 2005-ci ilin noyabr ayının ortalarında D.Cəfərovaya (soyad şərtidir), K.Qulizadəyə və M.Dəmirovaya Moskva şəhərində xidmətçi kimi işə düzəldəcəyini deyib. Hər üç qadın razılıq bildirdikdən sonra onları 18 dekabr 2005-ci il tarixdə qatarla “Yalama” sərhəd buraxılış məntəqəsindən keçirərək Moskvaya aparıb, 16 mart 2006-cı il tarixinədək D.Cəfərova və K.Qulizadəni, 2006-cı ilin iyun ayına qədər isə M.Dəmirovanı hər gün bir neçə kişi ilə görüşdürüb. Leyli Məmmədova 2006-cı ilin oktyabrında kirayə yaşadığı evdə E.Kazımovaya (soyad şərtidir), E.Əliyevaya Moskvaya gəlib onun nəzarəti altında fahişəliklə məşğul olmağı təklif edib. Əldə ediləcək gəliri isə yarı-yarı böləcəklərini razılaşdırıblar. Onlar 26 oktyabr 2006-cı il tarixdə Moskva gediblər, orada Leyli Məmmədovanın kirayə yaşadığı mənzildə qalıblar. E.Əliyeva 29 dekabr 2006-cı il tarixədək, E.Kazımovanı isə 15 yanvar 2007-ci il tarixə kimi orada fahişəliklə məşğul olub sonra Bakıya qayıdıblar.

Leyli Məmmədova 2007-ci ilin avqustunda Moskvadan E.Kazımovaya zəng edərək təkrar “işə” cəlb edib. E.Kazımova razılığını bildirdikdən sonra 17 avqust 2007-ci il tarixdə Moskvaya gedib, Leyli Məmmədova onu 11 sentyabra kimi bir neçə kişi ilə görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib. Bakıda qayıdan E.Kazımova 10 fevral 2008-ci ildə Leylinin təklifi ilə yenidən Moskvaya gedib və martın 4-nə kimi orada fahişəliklə məşğul olub. E.Kazımova bu dəfə geri qayıdandan sonra Leyli Məmmədova özünə təzə işçi axtarıb və C.Ömərovaya və T.Quliyevaya gəliri yarı-yarı bölməklə Moskvada fahişəlik, A.Qulamovaya (soyad şərtidi) isə mağazada satıcı vəzifəsi təklif edib. A.Qulamova martın 22-nə kimi, T.Quliyeva iyunun 6-na kimi, C.Ömərova isə iyulun 7-nə kimi Moskvada pul qarşılığında kişilərlə cinsi əlaqədə olublar.

Bir neçə dəfə Moskvaya “səfər etmiş” E.Kazımova təkrar Leyli ilə işləməyə başlayıb və martın 20-dən aprelin 14-ə kimi Moskvada fahişəlik edib, Leyli ilə şərik olublar. Leyli Məmmədova “işçilərini” Moskvada qoyub özü Bakıya gəlib və Gənclik stansiyasının yaxınlığındakı «Macdonalds» restoranında S.Xalıqbəyova ilə görüşüb. Ona da “şərik iş” təklif edib və razılığını alıb. S.Xalıqbəyova 29 avqust 2008-ci il tarixdə Moskvaya gedib 11 noyabr 2008-ci ilədək fahişəliklə məşğul olub. Leyli Məmmədova bu dəfə yenə köhnə tanışı E.Kazımovanı yanına çağırıb. Kazımova iyunun 28-dən iyulun 27-nə kimi Moskvada “fəaliyyət göstərib”. Artıq bir dəfə Leyli ilə “işləyən” T.Quliyeva təkrar Moskvaya gedib və iyulun 14-dən sentyabrın 30-na kimi köhnə peşə ilə məşğul olub. Artıq bir dəfə Moskavaya gedib təcrübə toplayan C.Ömərova özünə başqa bir şərik tapıb. O S.Qasımovaya (soyad şərtidir) birlikdə işləmək təklifi verib və razılıq da alıb. Onun yol xərclərini və sənəd işlərini də özü həll edib. C.Ömərova yeni “işçi”ni Leyli Məmmədovaya təhvil verib, bununla da S.Qasımova Moskvada bir ay fahişəlik edib.

Təqsirləndirilən şəxs Leyli Məmmədova məhkəmədə ifadə verərək özünü təqsirli bildiyini deyib. O bildirib ki, Moskvada olan zaman Esmira adlı tanışı ona D.Cəfərovanın telefon nömrəsini verib: “Mən Cəfərova ilə dostum Vəfanın Sumqayıtdakı evində görüşdüm. K.Qulizadə də onun birlikdə gəlmişdi. Onlar özləri mənə təklif etdilər ki, şərait yaradım gəlib fahişəlik etsinlər. Cəfərova dedi ki, onun tanışı M.Dəmirova da onlarla getmək istəyir. Dedilər qazancı bölərik, sənə də kirayə puluna kömək edərik. Bircə Vəfa istəmədi, onlar üçü ilə razılaşdıq. Müştərilər qızları evdən götürürdü, onlarla cinsi əlaqədə olduqdan sonra gətirib evə qoyurdular. Pulları da razılaşdığımız kimi yarı bölürdük.

Sonra təsadüfən E.Kazımova isə tanış oldum, tanışım Akifə isə mənə E.Əliyevanı məsləhət bildi. Akifənin dostu dedi ki, əvvəllər də Moskvada olub, özü təklif etdi ki, mənim köməkliyimlə gəlib fahişəlik etsin. E.Kazımova və E.Əliyevanı özümlə Moskvaya apardım, Əliyevanı orada Nigar kimi çağırırdıq. “Nigar” Bakıdakı tanışı T.Əliyeva ilə tez-tez telefonla danışırdı, mən də onu bu yolla tanıdım. C.Ömərovanı çoxdan tanıyırdım, amma kimin vasitəsilə tanış olduğum yadımda deyil. Bakıda olanda C.Ömərova, A.Qulamova və T.Əliyeva ilə görüşüb iş təklif etdim, onlar da razılaşdırlar. Bir yerdə getdik, işləməyə başladılar. Bir müddət sonra A.Qulamova orada bir cavan oğlanla tanış oldu, onunla da çıxıb getdi. C.Ömərova Bakıya qayıtdıqdan sonra mənə zəng edərək tanışı S.Qasımovanı işə cəlb etdiyini dedi. Soruşdu ki, buna görə ona nə hörmət edəcəm, dedim ki, səni 500 dollar olan ev kirayəsindən azad edirəm. Sonra Qasımova gəlib müştərilərlə işləməyə başladı. Ondan sonra bircə S.Xalıqbəyova ilə Bakıda razılaşıb onu Moskvaya apardım. Bundan başqa heç kimi fahişəliyə cəlb etməmişəm”.

Məhkəmədə zərərçəkmiş kimi dindirilən E.Kazımova ifadə verərək deyib ki, ata soyadı başqa olsa da, ərinin soyadını qəbul edərək Kazımova olub: “2006-da Leyli ilə tanış oldum. Dedi ki, qadınları Moskvaya aparıb fahişəlik elətdirir. Mənim də maddi imkanım çox ağır idi. Leyli ilə bu barədə danışdım, o da razı oldu. Amma xarici pasport və bilet almağa pulum yox idi. Leyli hamısını özü həll etdi, mən sonra işləyib ona qaytardım. Hər gün 2-3 müştəri ilə görüşüb günə 300-400 dollar qazanırdım. Leylinin “Qalyanova” rayonu, Xaborovski küçəsində yerləşən evində qalırdıq. Leyli mənə 2000 dollar pul verdi, sonra Azərbaycanda qayıdıb burada bir Türkiyə vətəndaşı ilə tanış oldum. Onunla bir yerdə gedib İstanbulda yaşadım. Türkiyədən qayıdandan sonra yenə imkanım pis idi, uşağıma ehtiyaclarını ödəmək üçün yenə Leylinin yanına getdim. Balaca qızımı Bakıda kiminsə yanında qoya bilmədiyim üçün özümlə aparmışdım. Mən müştəri ilə görüşəndə qızıma Leyli baxırdı. Leyli məni hər millətdən olan kişilərə təqdim edirdi. Bəzən o müştəridən 100 min rubl (təxminən 1660 AZN) alırdı. Son günlər məni çox işlədirdi, gündə 7-8 kişi ilə görüşürdüm. Buna görə daha Leylidən ayrılıb özüm tək işləməyə başladım”.

O, daha sonra bildirib ki, Leyli Məmmədovaya qarşı heç bir şikayəti və tələbi yoxdur.

Zərəçəkmiş T.Quliyeva bildirib ki, öncə Leyli Məmmədovanı “Nailə” adı ilə tanıyıb: “Moskvada Leylinin tapdığı müştərilərlə cinsi əlaqədə olurdum, müştərilər bizi sauna, otel və mənzillərə aparırdılar. Müştəridən alınan pulun 50%-ni Leyli özünə götürürdü, bu üsulla Leylinin yanında 3 ay ərzində fahişəliklə məşğul oldum. Bir müddətdən sonra Leyli mənə çatmalı olan pulu vermədiyi üçün, orada tanış olduğum azərbaycanlı oğlanın vasitəsilə onun yanından qaçdım, bir müddət həmin oğlanın yanında qaldıqdan sonra Azərbaycana qayıtdım”.

Q.Quliyeva da Leyli Məmmədovaya qarşı heç bir şikayəti və tələbi olmadığını deyib.

Digər zərərçəkən D.Cəfərova bildirib ki, Leyli ona xidmətçi işi düzəltmək adı ilə Moskvaya aprıb: “Əvvəllər Dəniz vağzalında Parom deyilən yerdə inzibatçı işlədim, orada Aygün ləqəbli M.Dəmirova ilə tanış oldum, ona da Moskvaya gedib xidmətçi kimi yaxşı pul qazanacağımı dedim. M.Dəmirova da getmək istədiyini dedi. Leyli danışıb razılaşdıq. Mən ora gedəndə qızım Nəzrin 3 aylıq olduğu üçün onu da özümlə apardım. Qatarda Leyli bizim bütün sənədlərimizi aldı, evə çatandan sonra dedi ki, fahişəlik edəcəskiz. Razılaşmadıq, hədə-qorxu gəldi, mən də balaca qızıma görə qorxub işləməyə razı oldum. Mən müştəri ilə görüşəndə qızıma Leylinin qızı Vüsalə baxırdı. Leyli bütün pulları özünə götürürdü, bizə isə azca pul verirdi. Mən biraz işləyəndən sonra qızıma görə qala bilməyib K.Qulizadə ilə qayıtdım, M.Dəmirovanın bilet almağa pulu olmadığı üçün məcbur qalıb işlədi”.

O bildirib ki, hazırda Leyli Məmmədovaya qarşı heç bir şikayəti və tələbi yoxdur.

İş üzrə məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş K.Qulizadə deyib ki, “Zəhra” kimi tanıdığı Vəfanın evində “Fira” deyə çağırdıqları Leyli Məmmədova ilə görüşüb və Rusiyada xidmətçi işləmək barədə razılığa gəliblər: “Leyliyə arada Flora da deyirdilər. Vağzalda əsl adını bildim. Moskvada onun evində çatandan sonra xidmətçi işi olmadığını, əvəzində fahişəlik edəcəyimizi dedi. Biz razılaşmadıq, dedi ki, sizi bura gətirməyə xeyli xərc çəkmişəm, işləyin onu ödəyin çıxıb gedin. Məcbur olub işləməyə başladım, Leyli bütün pulları özü alırdı, bizə deyirdi ki, borcunuzdan çıxıram. Bir dəfə müştəriyə başıma gələni danışdım, mənə yazığı gəldi, əlavə pul verdi. Onun verdiyi pulla Azərbaycana qayıtdım. Leyli mənə heç 1 qəpik də vermədi”.

O da Leylidən şikayətçi olmadığını bildirib.

Zərərçəkən M.Dəmirova deyib ki, 2004-cü ildə o, Dəniz vağzalında parom deyilən yerdə bacısı Leyla ilə birlikdə işləyib: “D.Cəfərova dedi ki, onun Flora adlı tanışının Moskvada restoranı var və yaxşı maaşla xidmətçi kimi iş təşkil edəcəyini dedi. Sonra Leyli ilə görüşüb razılaşdıq. Moskvaya çatandan sonra fahişəlik edəcəyimizi dedi, razı olmadıq. Bizi hədələdi, rus dilini bilmirdim, oranı tanımırdım, həm də pulum da yox idi. Sənədlərimin də hamısını Leyli almışdı. Məcbur olub işlədim”.

M.Dəmirova hazırda Leylidən şikayətçi olmadığını deyib.

Zərərçəkən E.Əliyeva müalicə pulunu düzəltmək üçün Leylinin yanında fahişəlik etməyə razı olduğunu deyib: “Amma Leyli pulun çoxunu özü götürürdü deyə müalicə pulumu düzəldə bilmirdim. Azərbaycana qayıtmaq istədim, Leyli icazə vermədi. Müştərilərdən birindən pul alıb Leylidən xəbərsiz qayıtdım. Gələn kimi İnsan Alverinə qarşı Mübarizə İdarəsinə şikayət etdim”.

E.Əliyeva indiki durumda şikayətçi olmadığını deyib.

Zərərçəkən A.Qulamova məhkəmədə bildirib ki, tanışı vasitəsi ilə “Nailə”ni tanıyıb: “Nailə mənə dedi ki, Moskvada mağazada satıcı işləyəcəm. Razılaşdım, Moskvaya çatandan sonra dedi ki, satıcı işi hələ yoxdu, fahişəlik et. Razı olmadım, mənə hədə qorxu gəldi, qorxduğum üçün işləməyə razı oldum. Müştərilərlə görüşəndə Nailənin adının Leyli olduğunu bildim. Leyli məni bir gün Elvin (şərti) adlı müştərinin yanına göndərdi. Ona ağlayaraq hər şeyi danışdım. Elvin Leyli ilə danışıb məni buraxmağını, əks təqdirdə onu tutduracağını dedi. Leyli qorxduğu üçün mənim getməyimə razı oldu. Bir müddət orada Elvinlə yaşadım, sonra o, məni Azərbaycana göndərdi. Biraz keçəndən sonra Elvin də bura qayıtdı və mənə evlənmə təklif etdi. Razılaşdım, nikah bağladıq”.

A.Qulamova da Leyli Məmmədovadan şikayətçi olmadığını bildirib.

Zərərçəkən S.Xalıqbəyova Leyli ilə işləməyə imkanın olmamasına görə məcbur olduğunu deyib: “Leyli mənə 500 manat verib dedi ki, darıxma hər şey yaxşı olacaq. Tapşırdı ki, həmin pulla bilet alıb Moskvaya onun yanına gəlim. Ora gedəndən sonra da tez-tez zəng edib soruşurdu, amma pulu xərcləmişdim. Leyli dedi ki, gəlməsən sənə problem yaradacağam, qorxdum, getməyə razılaşdım. Leylinin “Derevo” küçəsində yerləşən evində qalırdım, hər gün bir neçə kişini qəbul edirdim. Leylinin pulun çoxunu özünə götürdüyü üçün işləmək sərf etmədi, geri qayıtdım”.

O bildirib ki, Leyli Məmmədovaya qarşı heç bir şikayəti və tələbi yoxdur.

Zərərçəkən C.Ömərova maddi imkansızlığa görə öz xahişi ilə Leylinin yanına gedərək fahişəlik etdiyini deyib: “Kişilər bizi öz istədikləri yerlərə aparıb orada bizimlə cinsi əlaqədə olurdular. Mən bir müddət sonra Azərbaycana qayıtdım, burada sevgilimlə yaşamağa başaldım. Bir gün sevgilim bacısı S.Qasımova da Rusiyaya gedib fahişəlik etmək istədiyini dedi. Mən də onu Leyli ilə əlaqələndirdim, gedib işlədi”.

Sonuncu zərərəçəkən S.Qasımova ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, 2008-ci ildə fahişəliklə məşğul olan zaman soyadı başqa olub: “2012-ci ildə ailə həyatı qurduğum üçün soyadım dəyişdi. Maddi imkanım olmadığı üçün Leyli ilə işləməyə razı olmuşdum. Orada müştərilərimin əksəriyyəti yəhudi, erməni, azərbaycanlılar olurdu. Təxminən Leylinin evində 4 ay qalıb fahişəliklə məşğul oldum. Hazırda heç bir şikayətim yoxdur”.

Vəkil Vasif İsrafilov

Leyli Məmmədovanın vəkili Vasif İsrafilov çıxış edərək bildirib ki, məhkəmə ona cəza təyin edərkən məhkumluğunun olmamasını, törətdiyi əməli etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, ailəli və himayəsində biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını, dul qadın olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların da olmasını nəzərə almağı xahiş edib: “Həmçinin cinayətin törədildiyi vaxtdan da 10 ilə yaxın vaxt keçib”.

Məhkəmənin qərarı ilə Leyli Məmmədova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. O, 2014-cü ilin 22 iyul tarixində həbs edilib.

 

Yenicag.az

www.yenicag.az

1924
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv