Azərbaycanlı gəncin möhtəşəm kəşfi-Foto

media-hightechnic-468x90

97971Azərbaycanlı dizayner Elnur Babayev yeni layihəsi olan “Cyclee” ilə dünyanın diqqət mərkəzindədir.

Yenicag.az xəbər verir ki, bu layihə sayəsində velosiped sürmək daha təhlükəsiz olacaq. Belə ki, Elnurun ideyası ilə lazer qurğusu velosipedin oturacağına bərkidiləcək. Həmin qurğu smartfon tipli telefonlardakı xüsusi proqramla idarə olunacaq. Beləliklə də, lazer vasitəsilə sürücünün kürəyində onun növbəti manevrləri əks olunacaq-Durmaq, dönmək, hərəkətdə olmaq.

“Cyclee” velosipeddən arxadakı istənilən nəqliyyat vasitəsinə uyğun xəbərdarlığı verəcək.

Qeyd edək ki, artıq dünyanın bir neçə məşhur saytı Elnur Babayevin bu layihəsini işıqlandırıb. “Cyclee” bu sahədə qazanılmış ən böyük uğurlardan biri kimi dəyərləndirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600