Azərbaycanlı gənclər hansı türk namizədi dəstəkləyirlər?

media-hightechnic-468x90

unnamedAddım Gənclər Təşkilatı ilə  Batman-Azeri Uluslar arası Siyasi, İktisadi, Kültürel Dayanışma ve Bütünleşme Dərnəyi “Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzi”ndə gənclərlə görüş keçiriblər. Tədbirin təşəbbüskarları “Addım” GT-nin sədri Hüseyn Cavad-zadə və Batman-Azeri Uluslar arası Siyasi, İktisadi, Kültürel Dayanışma ve Bütünleşme Dərnəyinin təsisçiləri AK Partiyadan deputatlığa namizəd olan Ziver Hamitoğlu və dr.Vüqar Şahbazlı olub.  

Yığıncaqda təşkilatın azərbaycanlı üzvlərilə bərabər hazırda Azərbaycanın müxtəlif alı təhsil ocaqlarında təhsil alan və Bakıda yaşayan türkiyəli üzvlər də iştirak edib. Görüşdə ölkələrin dərin tarixə malik qardaşlıq əlaqələri, gənclərin qardaş ölkələrin sosial həyatında iştirakı, mədəniyyətlərin qarşılıqlı təbliği müzakirə olunub.

Eləcə də hər iki ölkə üçün bu əhəmiyyətli olan parlament seçkilərində gənclərin fəal olmasının vacibliyi ilə bağlı fikirlər səslənib. İyun ayında Türkiyə də, oktyabr ayında Azərbaycanda keçiriləcək seçimlərdə gənclərin iştirakı ilə bağlı fikirlər səsləndirildi. Təşkilatın türkiyəli üzvləri bu ilki seçimlərdə AK Partiyadan namizəd olaraq çıxış edəcək Fatih Erdölu dəstəkləyəcəklərini qeyd ediblər. Çıxışçılar onun gənclik sahəsindəki fəaliyyətinin gənclərə bir nümunə olduğu qeyd ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600