Azərbaycanlı girovların şikayətinə mayın 27-də baxılacaq

media-hightechnic-468x90

71a7590504402e7287c2d7aa900ee229Qondarma Dağlıq Qarabağ Respublikasının “ali məhkəməsi” Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar-Dilqəm Əsgərov və Şahbaz Quliyevin şikayətinə baxacaq.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə vəkil Arkadi İsraelyan məlumat verib. Proses mayın 27-nə təyin olunub.

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “apellyasiya məhkəməsi” Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində “birinci instansiya məhkəməsinin hökmünü” qüvvədə saxlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600