Azərbaycanlı haqda 3 ölkədə film çəkilir-Foto

media-hightechnic-468x90

94896Birinci Dünya müharibəsi iştirakçısı, 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandiri yanında eskadron komandiri olan Vəlibəy Yadigarov haqqında sənədli film çəkilir.

Yenicag.az qafqazinfo-ya istinadən  xəbər verir ki, Azərbaycan və Polşa hərb tarixində xüsusi izi olan Vəlibəy Yadigarov haqqında sənədli filmin çəkilişləri üç ölkədə aparılır.

Filmin rejissoru Tahir Əliyevin Azərtac-a verdiyi məlumata görə, sənədli ekran əsərinin Gürcüstanda və Polşada çəkilən hissələri artıq yekunlaşıb. İyun-iyul aylarında Azərbaycanda çəkilişlər başa çatdıqdan sonra film tamaşaçıların ixtiyarına veriləcək:

“Çəkilişlərdə polşalı həmkarlarım da iştirak edir. Filmin polşalı rejissoru Leji Lyubax, tərəfdaş qurum isə “Koleydoskop” kinostudiyasıdır. Varşava çəkilişlərində filmin ideya müəlliflərindən biri Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da yaxından iştirak edib.”

Vəlibəy Yadigarov 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandiri yanında eskadron komandiri olub. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının bir hissəsi ilə birlikdə Gürcüstan ərazisinə çəkilib və 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşub. Daha sonra Türkiyəyə, oradan da Polşaya mühacirət edib. Polşada “Armiya Krayova” xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub.

Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il sentyabrın 11-də təşkil olunan müdafiə kompaniyasında iştirak edən Vəlibəy Yadigarov Mazovetski süvari briqadasının qərargah rəisi olub. Polşanın işğalından sonra “Armiya Krayovanın” tərkibinə daxil olan “Olen” polkunun komandiri kimi Varşava üsyanında iştirak edib.

Müharibədən sonra Vəlibəy Yadigarov Argentinaya mühacirət edib. 1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat edib. 2000-ci ildə nəşi Polşaya gətirilib və təkrar dəfn olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600