!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı jurnalistlər Türkiyədə səfərdədir - FOTOLAR

!Reklam – Yazi

Bir qrup azərbaycanlı jurnalist Türkiyədə səfərdədir.

Yenicag.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edib.

Jurnalistlər bir həftəlik səfər proqramı çərçivəsində ilk olaraq İstanbul şəhərinə gəliblər. Səfərin ilk günündə həyata keçirilən proqramın məqsədi haqqında agentlik əməkdaşı tərəfindən jurnalistlərə məlumat verilib.

Qeyd edilib ki, Türkiyə yeni növ koronavirus pandemiyası dönəmində turistlərin ən çox üz tutduğu ölkələr sırasında ilk yerlərdən birini tutub. COVİD-19 pandemiyası fonunda ölkəyə gələn turistlərin təhlükəsizliyinin təmin edilməsi, xidmət sektorunda gigyenik qaydalara əməl edilməsi, bütün otel və turistik məkanların yeni qaydalar əsasında xidmət göstərməsi üçün tədbirlər həyata keçirilib.

Türkiyənin pandemiya dövründə etibarlı turizm tətbiqlərini başladaraq yerli və xarici qonaqlarına “sağlam və xoş istirahət” xidməti təqdim etdiyi vurğulanıb və bunun nəticəsi olaraq ölkənin 2020-ci ildə təxminən 16 milyon ziyarətçi qəbul etdiyi və turizm gəlirlərinin 12,1 milyard dollar təşkil etdiyi bildirilib.

Jurnalistlər daha sonra İstanbulun rəmzlərindən sayılan Qalata qülləsini, İstiqlal küçəsini və Taksim meydanını ziyarət edib, onlara turistik məkanlardakı “təhlükəsiz turizm” xidməti əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, jurnalistlər proqram çərçivəsində Türkiyənin paytaxtı Ankara və İzmir şəhərlərini də ziyarət edəcəklər.

Aqil Bəkir / İstanbul

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv