Azərbaycanlı kapitan qarnından yaralandı, vertolyotla xilas edildi – Video

media-hightechnic-468x90

helikopter-turkTürkiyənin Sahil Mühafizə Qüvvələrinin Samsun bölgə komandanlığı açıq dənizdə qarnından yaralanan azərbaycanlı gəmi kapitanını xilas etmək üçün vertolyot qaldırıb.

Yenicag.az Virtualaz.org-a istinadən xəbər verir ki, Sahil Mühafizə Qüvvələrinə Samsun sahillərindən 100 mil məsafədə Komor adaları bayrağı altında üzən quru yük gəmisinin ikinci kapitanının naməlum səbəblərlə qarnından yaralandığı haqda Səhiyyə Nazirliyindən siqnal daxil olub.

Azərbaycan vətəndaşı olan kapitanı xilas etmək üçün əməliyyat başladılıb və sahil mühafizə kateri sudan, vertolyot isə havadan gəmiyə yaxınlaşıb. Xilasedicilər quru yük gəmisinə qalxaraq yaralı kapitanı sahilə evakuasiya ediblər. O, Samsun Egitim və Araşdırma Xəstəxanasına yerləşdirilib. Vəziyyəti kafidir. Quru yük gəmisinin Ukraynadan Trabzon limanına yük daşıdığı bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600