"Qəzza qırğınını unutdurmaq üçün saxta gediş..." – İsrailin "erməni kartı" kimə qarşıdır?

media-hightechnic-468x90

“Bu absurd qərar Türkiyə və İsrail münasibətlərinin gərginləşdirilməsi üçün emosional şəkildə verilmiş qərardır.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıxlamasında siyasi şərhçi Elməddin Behbud bildirib.

media-563ee9e2-fb95-4796-910a-365a73c94f1c

Şərhçi İsrail parlamentinin qondarma “erməni soyqırımı”nı qəbul etməsini sərt tənqid edib və bu qərarı Türkiyə-İsrail münasibətlərinə zərər gətirəcək bəyanat olduğunu dilə gətirib:

“Azərbaycan dövlətinin birmənalı mövqeyi ondan ibarətdir ki, nəinki qondarma erməni soyqırımı baş verməyib, əksinə, həmin dövrdə Cənubi Qafqazın müxtəlif ərazilərində kütləvi şəkildə etnik mənsubiyyətinə görə yüz minlərlə türk-müsəlman əhali qətlə yetirilib və təsadüfi deyil ki, 31 mart 1918-ci il tarixini “azərbaycanlıların soyqırımı” günü olaraq qeyd edirik. Əslində həmin dövrdə baş verənlər türk soyqırımı idi. Bu, Azərbaycan dövlətinin birmənalı mövqeyidir və eyni zamanda Türkiyə dövlətinin bu məsələ ilə bağlı mövqeyi də bizim mövqeyimizdən fərqlənmir. Diqqət etsək görərik ki, Türkiyə XİN-in bəyanatında İsrailin Qəzzada həyata keçirdiyi qırğınlara birbaşa istinad var və Türkiyə hesab edir ki, həmin soyqırımını unutmaq üçün İsrail rejimi qeyri-adekvat, tarixin təhrif olunması ilə müşayiət olunan və ədalətsiz saxta qərar qəbul edib.”

E. Behbud qeyd edib ki, sözügedən absurd sənəddə Azərbaycan ittiham olunmasa da, məsələ erməni mövzusudur və dolayı yolla bizi də maraqlandırmalıdır:

“Ola bilər, bu sənəddə Azərbaycanın adı qeyd edilməyib, amma mövzu ermənilərdirsə və soyqırımı adlandırdıqları hadisənin Cənubi Qafqazda baş verdiyini iddia edirlərsə və eyni zamanda nəzərə alsaq ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər, bu səbəbdən Türkiyə əleyhinə qəbul olunan və Azərbaycanın da maraqlarına zidd olan istənilən bir qərar Azərbaycanda da ciddi narazılıq doğurur. Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayımlayıb. Həmin bəyanatda Qəzza məsələsinə toxunulmasa da, Azərbaycan bunu bölgədə sülhün və sabitliyin bərqərar olmasına qarşı yeni risklərin və təhdidin yaranması kimi qiymətləndirir.”

Siyasi şərhçi qeyd edib ki, bu qərar Azərbaycan və İsrail münasibətlərinə kölgə salsa da, tam soyuqluq gözlənilmir:

“Bu qərara görə Azərbaycanın İsraildəki səfirinin geri çağırılacağını düşünmürəm. Bizim İsraillə münasibətlərimizin kəsilməyəcəyini də düşünürəm. Bu, hansısa siyasi təhlildən daha çox emosional qəbul olunmuş qərara bənzəyir. Hər nə qədər ədalətsiz, saxta qərar olsa da, daha çox emosiyalar üzərində qəbul olunmuş qərara bənzəyir. Əgər gələcəkdə Türkiyə və İsrail arasındakı münasibətlərdə hansısa geosiyasi dəyişikliklərdən asılı olaraq tənzimlənəcəksə, bu, unudulmuş bir qərara çevriləcək. Çox yaxşı olardı ki, bu qərar qəbul olunmasın. Xüsusilə də Qəzza hadisələrindən sonra ignorance bu iki ölkə arasındakı münasibətlər daha da pisləşmişdi, bu qərar bu münasibətləri daha da gərgin duruma gətirmiş oldu. Bütün hallarda, bu saxta soyqırımına siyasi legitimlik qazandırmaq cəhdidir. Türkiyə və Azərbaycanın C. Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması, yaxın qonşuluq siyasətinin yenidən qurulmasına qarşı və aparılan siyasətin zəiflədilməsi üçün dolayı yolla dəstək verilməsidir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05