Azərbaycanlı mütəxəssislər radiasiyanın yoxlanılması üçün Astaraya ezam olundu
İranda baş verən hadisələrdən sonra Azərbaycan ərazisində radiasiyanın səviyyəsinin yoxlanılması üçün mütəxəssislər Astaraya ezam olunub.
Yenicag.az-ın məlumatına görə, İranda nüvə obyektlərinə zərbə endirilməsindən sonra Azərbaycanın cənub ərazilərində radiasiya dərəcəsini müəyyən etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri Astarada tədqiqatlara başlayıb.
Artıq Astara sərhəd zonasında tədqiqatlar yekunlaşıb.
Hazırda mütəxəssislər digər ərazilərdə tədqiqatı davam etdirirlər./Apa/