Azərbaycanlı partiya sədri Dəmirəl üçün başsağlığı verdi

media-hightechnic-468x90

11358788_1118640551485359_715668960_nDemokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyeva Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək, Türkiyənin IX prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib və matəm kitabına ürək sözlərini yazıb.

DADP sədri bildirib ki, mərhum S.Dəmirəl türk siyasi tarixində dərin izlər qoyub: “Süleyman Dəmirəl dövlət və siyasət adamı kimi, siyasi tariximizin önəmli isimlərindəndir. O Türkiyənin inkişafında və möhkəmlənməsində bütün səylərini səfərbər edib. Onun prezidentliyi dönəmində Türkiyədə demokratiya inkişaf etmiş, çoxpartiyaları sistemin mövcudluğu üçün mücadilə vermişdi. O, millətə və türk xalqına xidmətini hər şeydən üstün tuturdu”.

Partiya sədri S.Dəmirəlin Azərbaycanın yaxın və etibarlı dotlarından biri olduğunu və Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmlənməsində əvəzsiz xidmətlər göstərdiyini də vurğulayıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600