!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı qız özünü 42-ci mərtəbədən atdı

!Reklam – Yazi

Türkiyənin Konya şəhərində yüksək mərtəbəli binanın 42-ci mərtəbəsinə çıxan 21 yaşlı azərbaycanlı qız özünü oradan ataraq intihar edib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Selcuqlu rayonu, Qüllə prospektindəki “Qüllə Plaza”da baş verib.

Aysun adlı qız plazanın 42-ci mərtəbəsindəki restoranın terasına çıxıb. Obyekt işçiləri ona mane olmaq istəsələr də, qız heç kimi yaxınına buraxmayıb. Gənc qız hadisə yerindəcə həyatını itirib.

Onun meyiti müayinə olunmaq üçün şəhər morquna aparılıb.

Onu da əlavə edək ki, sözügedən plazanın elə eyni mərtəbəsindən 5 ay əvvəl həmyerlimiz Tehran Alimov da özünü ataraq intihar etmişdi. O, 37 gün xəstəxanada qaldıqdan sonra keçinmişdi.

www.yenicag.az

5098
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv