Azərbaycanlı tərcüməçini həbs etdilər

media-hightechnic-468x90

87945Rusiyanın Tobolsk şəhərində məşhür korrupsiya qalmaqalı ilə bağlı keçirilən məhkəmə prosesində azərbaycanlı tərcüməçi həbs edilib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2014-cü ilin mart ayında Tümen vilayətinin narkotika ilə mübarizə idarəsi 48 yaşlı Azərbaycan vətəndaşına qarşı cinayət işi açıb. Orta yaşlı kişi qanunsuz narkotika ticarətinə görə günahlandırılıb. Amma müttəhim rus dilini bilmədiyinə görə, Həşimov soyadlı digər azərbaycanlını ona tərcüməçi təyin ediblər. İstintaq müddətində tərcüməçi istintaq xidmətinin rəisinə 500 min rubl (həmin vaxtın məzənnəsi ilə təxminən 15 min dollar) rüşvət təklif edib və müttəhimin şərti azadlığa buraxılmasına çalışıb.

Qurumun rəhbəri dərhal müvafiq instansiyalara xəbər verib, tərcüməçi xidməti kabinetdə rüşvət verərkən tutulub. Haşımovun işi Tobolsk şəhər məhkəməsinə göndərilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600