Azərbaycanlı Ukraynada rəis müavini seçildi

media-hightechnic-468x90

88026Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev vilayəti üzrə maddi-texniki təchizat və resurs təminatı üzrə idarəsinin rəisi, vilayət milisinin rəis müavini vəzifəsinə azərbaycanlı təyin olunub.
Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, bu milis polkovniki Qarayev Elbrus Qələndər oğludur.

E. Qarayev açıqlamasında 1968-ci ildə Azərbaycanın Tovuz rayonunun Qaraxanlı kəndində anadan olduğunu deyib: “1986-88-ci illərdə sovet ordusunun Kiyevdə yerləşən hərbi hissəsində xidmət keçdikdən sonra burada İnşaat Mühəndisləri İnstitutunu, daha sonra isə Ukrayna Milis Akademiyasını bitirmişəm. Uzun müddət “Berkut” xüsusi təyinatlı milis dəstəsində, sonra mühafizə milisində rəhbər vəzifələrdə çalışmışam. Hazırkı vəzifəm vilayət milis rəisinin müavini səviyyəsində olsa da, birbaşa idarəmizin tabe olduğu nazirliyin baş idarə rəisinə məruzə edirəm. Vəzifəm Kiyev vilayəti üzrə bütün milis orqanlarının maddi-texniki təchizatını əhatə edir”.

Kiyev vilayətinin milis rəisinin milliyətcə erməni (polkovnik-leytenant Vadim Troyan) olmasına münasibət bildirən E. Qarayev qeyd edib ki, onunla münasibətlərində heç bir problem yoxdur: “Heç onun erməni olması yada düşmür”.

Azərbaycanlı polkovnik Ukraynadakı Azərbaycan diasporu ilə sıx əlaqəsi olduğunu da əlavə edib.

Xatırladaq ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov da miliyyətcə ermənidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600