Azərbaycanlılar İsveç parlamentinin önündə piket keçirdi - FOTO

media-hightechnic-468x90

İsveçdə fəaliyyət göstərən Azərbaycan icması ölkə parlamentinin qarşısında piket keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumata görə, Stokholmun Minttorget (Mynttorget) meydanında baş tutan aksiya zamanı soydaşlarımız Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata və ölkəmizə qarşı aparılan təcavüzkar siyasətə etiraz ediblər.

Azərbaycannın və İsveçin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, təcavüzkar siyasətini dayandır!”, “Ermənistan, terroru dayandır!”, “Etmənistan, regionda təxribatçı olma, hərbi təxribatlarını dayandır!” və sair şüarlar səsləndirilib. Ölkəmizin ərazilərində Ermənistan tərəfindən minaların basdırılması, Azərbaycanın tarixi-mədəni abidələrinin dağıdılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı narahatlıq bildirilib.

Soydaşlarımız İsveç siyasi dairələrinin və ictimaiyyətinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600