!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azercell 80 işçisini ixtisar edəcək… – Açıqlama

!Reklam – Yazi

azercell_esas7-300x192Ölkədə baş verən ikinci devalvasiyadan sonra “Azercell” Telekom MMC-də kütləvi ixtisarlara start verilib.

Şirkət böhranla əlaqədar olaraq hazırda 80 əməkdaşını işdən çıxarmağa qərar verib. Bu isə şirkətin işçiləri arasında təşvişə səbəb olub. Kimlərin ixtisar olunması dəqiq bilinməsə də, hazırda seçim prosesinin getdiyi bildirilir.

Şirkətdən isə bildirilib ki, hələlik ixtisarlarla bağlı rəsmi heç bir məlumat yoxdur.

Şirkətin Korporativ Ünsiyyət Şöbəsinin rəhbəri Nigar Şıxlinskaya AzNews.az-a açıqlamasında bildirib ki, hələ indiyə qədər şirkətdə kütləvi ixtisarlar olmayıb: “Kütləvi şəkildə ixtisarlar yoxdur. Hətta bu yaxınlarda işdən çıxarılma halı belə olmayıb. Yalnız kimsə başqa iş tapıb çıxıb, yaxud da yaşayış yerini dəyişib. Bu həmişə bütün şirkətlərdə olur. Amma işdən çıxarma və ya rəsmi olaraq hansısa işçinin vəzifəsindən azad olunması halı yoxdur”.

Nigar Şıxlinskaya ixtisarların böhranla əlaqədar olaraq olması məsələsinə də münasibət bildirib: “Son olaraq ölkədə baş verən böhranla bağlı şirkətimizdə rəsmi heç bir ixtisar olmayıb. Əgər rəsmi olaraq kütləvi şəkildə bu cür ixtisarlar olsa, biz bunu mətbuata açıqlayacağıq”.

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv