!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azəriqaz” abonentlərinin sayı artdı - Rəsmi

!Reklam – Yazi

2019-cu ilin yanvar-fevral ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 21 575 yeni abonent qeydiyyata alınıb ki, bunun da 8 858-i Bakı, Abşeron və Sumqayıt, 12 717-i isə regionlar üzrədir.

İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olmuşdur.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərmişdir. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 208 087-ə çatmışdır.

www.yenicag.az

25806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv