Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azəriqaz”dan borclu vətəndaşlara daha bir XƏBƏRDARLIQ

“Dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin 9 560 769 manat, eləcə də, yeni salınmış qəsəbələrdə inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin qazanxanalarında istehlak olunan təbii qazın dəyərinin ödənilməməsi səbəbindən 10 obyekt üzrə 1 164 708,86 manat borcun yığıldığına dair açıqlama yayıb.

Bir daha qeyd edirik ki, borcların qanuna müvafiq şəkildə ödənilməməsi, eyni zamanda qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktlarının təsdiq olunmaması Birliyin maliyyə dayanıqlığını sarsıdır və iqtisadi göstəricilərinə mənfi təsir edir”.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun növbəti açıqlamasında bildirilir.

“Bunu nəzərə alaraq, istehlak olunan təbii qazın dəyərini ödəməyən Abşeron, Sabunçu, Qəbələ rayonlarındakı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının qazanxanalarının, eləcə də, Şirvan şəhərində məcburi köçkünlərin yaşayış məhəlləsinin qazanxanasının qaz təminatının 25.12.2020-ci il tarixindən dayandırılması barədə xəbərdarlıq da olunmuşdu.

Bu xəbərdarlıqda vurğulanırdı ki, Xəzər, Binəqədi, Yasamal, Qaradağ və Nərimanov rayonlarında kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkün ailələrinin də qaz təchizatının mərhələli şəkildə dayandırılması gözlənilir.

Bu gün bu prosesin icrasına başlayan “Azəriqaz”ın Bakı Regional Qaz İstismarı Departamenti və Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları müqavimətlə qarşılaşıb. Məcburi köçkünlər qaz təchizatının dayandırılmasına etiraz ediblər.

Sabunçu rayonunun Məhəmmədi kəndi ərazisindəki qazanxananın qaz təchizatının dayandırılmasına dair vurulan plombları isə Birliyin işçiləri ərazidən ayrılan kimi qırıblar. Şirvan rayonundakı yaşayış məhəlləsindəki qazanxanaya isə yaxınlaşmaq mümkün olmayıb, ciddi müqavimət göstərilib. Bəzi ərazilərdə isə qısa müddətə möhlət istənilib.

Məlumatda deyilir ki, 8 722 məcburi köçkün ailəsinin kompakt məskunlaşdığı 1439 obyekt, eləcə də yeni salınan qəsəbələrdəki çoxmərtəbəli binalar üzrə 10 obyektin qazanxanasının borcu olmasına baxmayaraq gün ərzində yalnız Qəbələ rayonundakı yaşayış binasının qazanxanasının qaz təminatının dayandırılması mümkün olub.

Xatırladırıq ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının tələblərinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş təbii qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcısına vaxtında ödənilməlidir”, – deyə qurum bəyan edib.

www.yenicag.az

193