!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərişıq”dan güzəşt gözləyən xalqa “SÜRPRİZ”: Ödəniş üçün mobil tətbiq hazırlayıb - VİDEO

!Reklam – Yazi

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Fərmanına əsasən, istifadə edilən elektrik enerjisi ilə bağlı “Azərişıq” ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcək”.

Yenicag.az xəbər verir ki, bunu “Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Tanrıverdi Mustafayevin sözlərinə görə, istehlakçılar elektrik enerjisi borcunu “Azərişıq”ın mobil tətbiqi vasitəsi ilə ödəyə biləcəklər:

“İstehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə edə biləcək, habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanacaqlar.

Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatları insan faktoru olmadan avtomatik həyata keçirəcək.

İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildiriş alaraq elektron ödəniş edə bilməyiniz üçün “Azərişıq” ASC-nin veb saytında “Bildiriş” bölməsinə daxil olaraq, 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir.

Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz. Bundan sonra mobil operatorunuzu, mobil nömrənizi və elektron poçt ünvanınızı daxil edərək “Yadda saxla” düyməsini seçib elektron bildiriş profilinizi yaratmış olursunuz.

“Elektron bildiriş al” düyməsini seçərək, “Azərişıq” ASC-dən enerji borcunuz barədə bildiriş alaraq, enerji borcunuzu “Azərişıq” ASC–nin mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz.

Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcək. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz.

Həmçinin azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərsiniz”.

Gülşən Şərif

www.yenicag.az

1294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv