“Azərişıq”dan xəbərdarlıq: Bu ərazilərdə üç gün işıq olmayacaq

media-hightechnic-468x90

Abşeron rayonu Quşçuluq Massivi, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində və Bağlar ETSİ-nin xidmət ərazisində – Məhəmmədi kəndində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Azərişıq ASC-dən Yenicag.az-a verilən məlumata görə, fasilələr 3-5.10.2018-ci il tarixlərində saat 14.00-dan 16.30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində (EVX) aparılan yenidənqurma işləri və 110/35/10 kV-luq “Zabrat” y/st-dan çıxan 10 kV-luq Məhəmmədi-1, Məhəmmədi-2 EVX-də payız-qış mövsümünə hazırlıqla əlaqədardır.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa