!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azəristiliktəchizat”dan “Azəriqaz”a borcla bağlı AÇIQLAMA

!Reklam – Yazi

“Azəristiliktəchizat”dan “Azəriqaz”a borcla bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə Trend-ə açıqlama verən “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, borcun ödənilməsi istiqamətində iş aparılır.

“Hazırda bütün qazanxanalar təbii qazla təmin olunur. Heç bir qazanxananın qaz təchizatında problem yoxdur. Borcun ödənilməsi istiqamətində isə “Azəristiliktəchizat” tərəfindən zəruri tədbirlər görülür. Borc bu ilə aiddir. Ötən illərə aid borcumuz yoxdur”, – deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, “Azəristiliktəchizat”a 15 dekabradək “Azəriqaz” İstehsalat Birliyinə ödəniş etməsi üçün vaxt verilib. Ödəniş edilmədiyi halda, qərara əsasən, qazın verilişi dayandırıla bilər. “Azəriqaz” borcun həcminin 25 milyon manat olduğunu açıqlayıb.

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv