!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərsu" FHN generalına cavab verdi - Yanan bina ilə bağlı qalmaqal

!Reklam – Yazi

Bakı şəhəri Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın zamanı “Azərsu” ASC ərazini fasiləsiz su ilə təmin edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat yayıb.
Qurum rəsmisi bildirib ki, yanğın olan binanın yerləşdiyi ərazi 24 saat fasiləsiz su ilə təmin edilir.

“Həmin ərazidə “Azərsu” ASC-nin xətlərində normal təzyiqlə (3 atmosferdən artıq) su verilib. Yanğın zamanı Nəsimi Su Kanal İdarəsinin rəhbərliyi hadisə yerində və yanğınla əlaqədar yaradılmış qərargahda olub. Amma onlara su olmaması ilə bağlı heç nə deyilməyib. Hətta binanın işçilərinə icazə verilib ki, smart kartlarında su qurtarsa belə xətti birbaşa şəbəkəyə qoşub anbarlarını su ilə doldursunlar, yanğının qarşısı maksimum tez alınsın. Yanğın başlayan vaxtı binanın ehtiyat anbarında kifayət qədər su olub, eyni zamanda həmin ərazidə 3 yanğın hidrantı da var. “Azərsu” ASC-nin əməkdaşları bu dəqiqə də hadisə yerindədirlər və onların verdiyi məlumata görə, heç bir su qıtlığından söhbət gedə bilməz”- deyə A.Cəbrayıllı qeyd edib.

Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev isə jurnalistlərə açıqlamasında bildirmişdi ki, binada yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub.

COP29

www.yenicag.az

3800
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv