Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş günlərində mərkəzi idarə aparatında və yerli sukanal idarələrində 24 saatlıq növbətçilik təmin olunacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumat yayıb.
Məlumatda abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.
Abonentlərdən xahiş olunur içməli və tullantı su şəbəkələrində yaranan problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etsinlər.
www.yenicag.az