!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərsu”ASC-nin sabiq əməkdaşına 9 il cəza verildi

!Reklam – Yazi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elgün İmranlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib.

İttihama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq əməkdaşı olan E.İmranlı Rauf İbrahimov, Həsən İbrahimov, Əbülfəz İbrahimov və Elçin Məmmədova tenderdə qalib gələcəyi vədi verərək onların etibarından sui-istifadə edib və ümumilikdə 206 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan E.İmranlı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırlıq iclası zamanı məhkəmə zalında həbs olunub./Trend/

www.yenicag.az

23689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv