“Azersun Holdinq”dən baş verən yanğın və nəticələri ilə bağlı VACİB AÇIQLAMA

media-hightechnic-468x90

Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində “Sun Food” MMC-yə məxsus anbarlara ciddi maddi ziyan dəysə də, əməkdaşlar arasında xəsarət alan yoxdur.

Yenicag.az xəbər verir ki, bu barədə “Azersun Holdinq” MMC-nin yaydığı açıqlamada qeyd edilib.

Bildirilib ki, istehsal müəssisələri yanğın baş verən ərazidən aralıda yerləşdikləri üçün onlara hər-hansı ziyan dəyməyib, həmişəki gücü ilə çalışırlar.

“Sun Food” MMC şirkətinin Xırdalan və digər ərazilərdə yerləşən anbarlarında kifayət qədər ehtiyatları mövcuddur. Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər-hansı çətinlik yaranmayacaq.

Hazırda aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır, ictimaiyyət nəticələr barədə məlumatlandırılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600