“Azərsu”nun vəzifəli şəxsi ilə qadın arasında dava - VİDEO

media-hightechnic-468x90

Sosial şəbəkələrdə avtomobil sürücüsü ilə bir xanım arasında söyüş davası sürətlə tirajlanır. Belə ki, yeraltı dayanacaqda çəkilən videogörüntüdə xanımla söz savaşına girən şəxsin “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov olduğu iddia edilir.

Videoda sözügedən vəzifəli şəxslə yanaşı, xanım da etikadan kənar ifadələr səsləndirir. Mübahisə çərçivəsində vəzifəli şəxs “Honda” markalı 90-XP-575 dövlət nömrə nişanlı avtomobil ilə xanıma aid olan avtomobili vuraraq oradan uzaqlaşır.

Yayılan videogörüntülərlə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən Oxu.az-ın sorğusuna cavab verilməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa