!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azİ”də TƏLƏBƏ HƏYƏCANI: Universitet rəhbərliyindən hansı güzəştlər tələb edilir? - VİDEO

!Reklam – Yazi

“ADNSU rektoru bu məsələyə ədalətli yanaşacaq və qısa zamanda imtahan sualları tələbələrə öncədən veriləcək”.

Pandemiya və distant tədris fonunda ölkədəki əksər universitetlərin tələbələrə qarşı müəyyən güzəştlər tətbiq etdikləri məlumdur. Lakin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbərliyi mövcud kritik dönəmdə öz tələbələrinə qarşı hər hansı güzəştin tətbiqini nəzərdə tutmur.

Yenicag.az-a daxil olan məlumata görə, tələbələr bu yanaşmadan şikayətçidirlər.

Hətta ADNSU-nun rektoru, professor Mustafa Babanlı imtahan suallarının da tələbələrə qabaqcadan verilməyəcəyini bildirib. Mühazirələrin isə ardıcıl keçirildiyini qabardan tələbələr bundan çox əziyyət çəkdiklərini bildirirlər.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, mövcud şəraitdə bütün universitetlərdə tələbələrə müəyyən güzəştlərin edilməsinə ehtiyac var:

“Tələbələrin məlum etirazlarını öyrəndikdən sonra ADNSU-nun məsul şəxsləri ilə əlaqə saxlamışam. Bildirilib ki, tələbələrə maksimum güzəşt etməyə çalışacaqlar. Sadəcə, savadsız tələbə istəmədikləri üçün pandemiya dövründə hər hansı güzəşt etməyiblər.

Çünki güzəşt edilsə, tələbələrdə arxayınlıq yarana bilər. Bu gün rektor Mustafa Babanlının “Facebook” üzərindən tələbələrlə canlı görüşü olacaq. Yəqin ki, tələbələrin narazılığına aydınlıq gətiriləcək.

Fikrimcə, pandemiya dövründə bütün universitetlər tələbələrə güzəşt etməlidir. Çünki pandemiya ilə yanaşı, 44 günlük Vətən Müharibəsi zamanı internetin olmaması tələbələrin dərslərə qoşulmasına imkan verməyib.

Ona görə də tələbələrin etirazı başadüşüləndir. Bu baxımdan, qiymətləndirmədə humanist davranmalı və tələbələrin haqqı tapdalanmamalıdır”.

Gülşən Şərif

www.yenicag.az

848
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv