“Azneft” dairəsinin bağlanmasına görə avtobusların qrafiki dəyişir

media-hightechnic-468x90

Bakıda “Azneft” dairəsinin bağlanmasına görə avtobusların hərəkət qrafiki dəyişəcək.

Yenicag.az xəbər verir ki,bu barədə, Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, paytaxtın “Azneft” dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri ilə əlaqədar olaraq bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq.

Bu səbəbdən “Azneft” dairəsi istiqamətində 5, 6, 18, 88, 125, 127, 205 10, 53, 65 və E1 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların hərəkəti alternativ yollardan keçməklə təşkil ediləcək.

//apa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600